Turizmə marağı olan gənclər üçün yeni layihəyə start verilir

Xəbərlər 6 Fevral 2014 00:00 1791
Turizmə marağı olan gənclər üçün yeni layihəyə start verilir

"İRƏLİ" İctimai Birliyinin Turizm klubu və "Gənclər Turizmi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Azərbaycanda Gənclər Turizminin formalaşması və dünyaya inteqrasiyası" layihəsinə start verir. Seyyah.az-ın məlumatına görə, Bakı şəhərində yerləşən "World Business Center"də keçirilməsi nəzərdə tutulan layihə 12-17 fevral tarixlərini əhatə edəcək.

Layihə çərçivəsində gənclər üçün turizmin müxtəlif xidmət sahələri üzrə təlimlər təşkil olunacaq. Təlimlər Azərbaycanın turizm sahəsində fəaliyyət göstərən qabaqcıl təlimçiləri tərəfindən baş tutacaq. Eyni zamanda turizm sektorunda fəaliyyət göstərən özəl şirkətlərlə turizm sahəsində təhsil alan gənclər arasında əməkdaşlıq əlaqələrinin qurulması, gənclərin turizm sahəsində biznes biliklərinin artırılması və sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi təmin olunacaq.

Layihənin əsas məqsədi turizm sənayesi üçün gənclər arasında rəqabətə davamlı peşəkar kadrlar hazırlamaq və peşəkarlıqlarını artırmaqla onların məşğulluğunu təmin etmək, eləcə də bu sahədə gənclər arasında sahibkarlığın inkişafına dəstək olmaqdır.

OXŞAR XƏBƏRLƏR