"Şahdağ"a 10 min turist gedib

Şahdağ
Xəbərlər 4 Yanvar 2019 10:35 381
"Şahdağ"a 10 min turist gedib

Qusar rayonunda yerləşən Şahdağ Turizm Mərkəzi bayram günlərində 10 mindən çox turist qəbul edib.

Seyyah.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə elan olunan qeyri-iş günlərində istirahət kompleksində dincələnlər arasında xeyli əcnəbi olsa da, qonaqların çoxu yerli turistlərdir. Bayram günlərində Şahdağ Turizm Mərkəzini ziyarət edən turistlərin əksəriyyəti xizək yollarından və kanatlardan istifadə edib.

Şahdağ Turizm Mərkəzində yeddinci qış mövsümünə dekabrın 15-də start verilib.

Mənbə: Azertag

OXŞAR XƏBƏRLƏR