Titanik batan gün Bakıda eyniadlı hotel yandı

Bu gün səhər saatlarında Nərimanov rayonunda yanğın olub. 
Xəbərlər 14 Aprel 2015 00:00 915
Titanik batan gün Bakıda eyniadlı hotel yandı

Seyyah.az-ın FHN-nin saytına istinadən məlumatına görə, üçmərtəbəli "TİTANİK" otelinin 1-ci mərtəbəsində yerləşən sauna yanıb. Yanğın zamanı otelin yuxarı mərtəbələrindən 20 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib, 10 nəfər təxliyyə olunub. 

Otelin qalan hissəsi və saunaya bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xatırladaq ki, 103 il əvvəl, məhz bugün "Titanik" gəmisi Atlantik okeanında aysberqlə toqquşaraq qəzaya uğramışdı.

OXŞAR XƏBƏRLƏR