Bakıda daha bir Hilton oteli fəaliyyət göstərəcək

Bakıda daha bir Hilton oteli fəaliyyət göstərəcək
Xəbərlər 4 Yanvar 2019 16:15 455
Bakıda daha bir Hilton oteli fəaliyyət göstərəcək

Azərbaycanın "Pmdprojects" şirkətinin gələcək layihələrindən biri Bakıda "Hilton Garden Inn" otelinin tikintisidir.

Seyyah.az şirkətin saytına istinadən xəbər verir ki, "Hilton Garden Inn" otelinin stili və rahatlığı bu oteli seçmək üçün əsas səbəblər olacaq:

"Mövcud binanın yenidən qurulması ilə bağlı komandamız müştərinin bütün istəklərini nəzərə almağa çalışmışdır. Hilton Garden Inn Bakı şəhərinin mərkəzində, Rəşid Behbudov küçəsində yerləşir. Otel gözəl Bakı parkları ilə əhatə olunmuşdur. Otelin unikal restoran və kafesi təkcə qonaqlar üçün deyil, şəhər sakinləri üçün də əlçatan olacaq. Otelin möhtəşəm interyeri qonaqlara rahatlıq verəcəkdir".

"Hilton Garden Inn"  "Hilton"un 14 markasından biridir. 

Mənbə: Marja

OXŞAR XƏBƏRLƏR