Türkiyədə aviareyslər təxirə salındı

Türkiyədə aviareyslər təxirə salındı
Xəbərlər 5 Yanvar 2019 10:13 433
Türkiyədə aviareyslər təxirə salındı

Türkiyənin İstanbul şəhərində güclü qar yağması ilə əlaqədar daxili və beynəlxalq aviareyslər təxirə salınıb.

Seyyah.az-ın Trend-ə istinadən məlumatına görə, kəskin hava həm Atatürk, həm də Sabiha Gökçen hava limanlarında uçuşlara təsir edib.

Qeyd olunur ki, daxili reyslərdən İstanbul-Ərzurum, İstanbul-Giresun, İstanbul-Sinop və İstanbul-İzmir reysləri baş tutmayıb.

Bundan başqa, İstanbul-Saloniki və İstanbul-Koşitse beynəlxalq reysləri təxirə salınıb.

Mənbə: Trend

OXŞAR XƏBƏRLƏR