Bu ölkəni tərk edən turistlərdən də vergi alınacaq

Bu ölkəni tərk edən turistlərdən də vergi alınacaq
Xəbərlər 7 Yanvar 2019 11:08 375
Bu ölkəni tərk edən turistlərdən də vergi alınacaq

Yanvarın 7-dən başlayaraq Yaponiyanı həm dəniz, həm də hava yolu ilə tərk etmək istəyən hər bir sərnişindən 1000 yen (təqribən 10 dollar) vergi alınacaq.

Seyyah.az NHK telekanalına istinadla xəbər verir ki, bu qanun bütün ölkələrin vətəndaşlarına tətbiq olunacaq.

Yaponiya hökumətinin hesablamalarına görə, 2020-ci ildə bu gündoğar ölkəni 40 milyon turist ziyarət edəcək ki, bu da hələlik ödənişsiz viza verən dövlətə böyük gəlir gətirə bilər.

Ölkəni tərk etmək üçün vergidən yalnız gəmi və təyyarələrin heyəti, deportasiya edilən və iki yaşa qədər sərnişinlər, o cümlədən tranzit sərnişinlər, diplomatlar, xüsusi hökumət reyslərinin, həmçinin Yaponiya limanlarına hava şəraitinə görə məcburi eniş və ya giriş edən təyyarə və gəmilərin sərnişinləri azad ediləcəklər.

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, yeni verginin məqsədi qabaqcıl turizm ölkəsi kimi Yaponiyanın müvafiq infrastruktur ehtiyatlarının genişləndirilməsi və möhkəmləndirilməsidir.

Mənbə: Azertag

OXŞAR XƏBƏRLƏR