Şar turlarından 140 milyon manat qazanıblar

Şar turlarından 140 milyon manat qazanıblar
Xəbərlər 7 Yanvar 2019 11:59 435
Şar turlarından 140 milyon manat qazanıblar

Hava şəraitinin əlverişli olduğu günlərdə səhərin erkən saatlarında ard-arda göyə yüksələn şarlar son illərdə Kappadokiya turizminin "lokomotivi"nə çevrilib.
 

Bölgədə fəaliyyət göstərən 25 şirkətin şar turları təşkil etməyə icazəsi var. Eyni anda 100 şarın uçuşuna icazə verilir. 

Seyyah.az Türkiyə Mülki Aviasiya Baş İdarəsinin (SHGM) məlumatlarına istinadən xəbər verir ki, 2018-ci ildə isti hava şar turuna qatılan turistlərin sayı əvvəlki ilə nisbətən 63% artaraq 537 min 500 nəfərə çatıb. Bu sayədə iqtisadiyyata təxminən 70 milyon avro (təxminən 140 milyon manat) töhfə verilib. 

Ötən illərlə müqayisədə daha çox tələb olan isti hava şarları ilə, 2018-ci il ərzində havanın uyğun olduğu 230 gün uçuş həyata keçirilib. Turlara ən çox tələbat isə oktyabr ayında görülüb. Oktyabr ayında turlara 65 min 604 turist iştirak edib.

Kappadokiyada orta hesabla bir saatlıq şar turunun qiyməti adambaşına 120 ilə 170 avro arasında dəyişir.

Mənbə: Marja

OXŞAR XƏBƏRLƏR