AZAL apreldən Bakı-Almatı-Bakı aviareysinə start verir - QİYMƏT

AZAL apreldən Bakı-Almatı-Bakı aviareysinə start verir - QİYMƏT
Xəbərlər 8 Yanvar 2019 14:04 423
AZAL apreldən Bakı-Almatı-Bakı aviareysinə start verir - QİYMƏT

"Azərbaycan Hava Yolları" QSC (AZAL) cari ilin 2 aprel tarixindən etibarən Bakı-Almatı-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.

Seyyah.az xəbər verir ki, AZAL-dan verilən məlumata görə, aviareyslər həftədə iki dəfə çərşənbə axşamı və şənbə günləri, ekonom sinif, komfort-klub və biznes sinif konfiqurasiyalı "Airbus A319" tipli təyyarə ilə həyata keçiriləcək.

Qiymətlər isə ekonom sinif üzrə gediş  310 AZN, dönüş 260 AZN-dir.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR