Azərbaycan otellərinə ulduzlar yeni qayda ilə veriləcək

Azərbaycan otellərinə ulduzlar yeni qayda ilə veriləcək
Xəbərlər 9 Yanvar 2019 17:07 416
Azərbaycan otellərinə ulduzlar yeni qayda ilə veriləcək

Azərbaycanda hotellərin ulduz alması prosesi könüllüdür, onun məcburi olması hazırda gündəmdə deyil.

Seyyah.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib.

K.Quluzadənin sözlərinə görə, hotellərin təsnifatlaşdırılması prosesi könüllü olsa da, ulduz almaq günün tələbi olacaq:

“Ulduzu olmayan bir hotelin müştərisi də az olacaq. Turist hoteldən yer sifariş edəndə ulduza fikir verir”.

Şöbə rəhbəri qeyd edib ki, Azərbaycanda bu gün hotellərə ulduzların verilməsini şərtləndirən mexanizm yoxdur. Ona görə də Azərbaycan Hotellər Assosiasiyası yaradılıb və bu prosesin həyata keçirilməsi həmin qurum tərəfindən reallaşdırılacaq.

K.Quluzadə qeyd edib ki, Dövlət Turizm Agentliyi hotellərin təsnifatlaşdırılması prosesində tərəf kimi iştirak etməyəcək. Agentlik bu prosesə yalnız dəstək verəcək: “Agentlik olaraq, biz bu sistemin ictimai qurum tərəfindən həyata keçirilməsini istəyirik. Azərbaycan Hotellər Assosiasiyası Avropa Hotellər Assosiasiyasının üzvü olacaq. Təsnifatlaşdırmanı da avropalı mütəxəssislər aparacaqlar ki, heç kimin tərəfkeşliyə şübhəsi qalmasın. Proses şəffaf olacaq”.

Mənbə: Trend

OXŞAR XƏBƏRLƏR