Pakistan hava şirkəti arıqlamağı tələb edir

Pakistan hava şirkəti arıqlamağı tələb edir
Xəbərlər 9 Yanvar 2019 20:00 454
Pakistan hava şirkəti arıqlamağı tələb edir

Pakistan hava yolları şirkəti çəkisi çox olan heyət üzvlərinə arıqlamayacaqları təqdirdə uçuşlara çıxa bilməyəcəkləri barədə xəbərdarlıq edib.

Seyyah.az CNN-ə istinadən məlumat verir ki, xəbər 1 yanvar 2019-cu il tarixdə PBHY uçuş xidməti üzrə baş menecer Amir Başir tərəfindəbn göndərilib.

Mesajda deyilir:

“31 yanvar 2019-cu il tarixdən etibarən tələb olunan çəkidən 30 funt (13,6 kq) artıq olan şəxslər uçuşlara buraxılmayacaq və çəkilərinin tələb olunan standarta çatdırılması üçün uçuş heyəti tibb mərkəzinə göndəriləcək”.

Nəzərdə tutulan limitdən 30 funt (13,6 kq) artıq çəkiyə malik olan heyət üzvləri uçuşlara buraxılmaları üçün hər ay 5 funt (2,27 kq) çəki atmalıdırlar.  

CNN-in məlumatına əsasən, 170 sm boya malik qadın heyət üzvü 60,3-66,6 kq çəkiyə malik olmalıdır.

PBHY-nin sözcüsü Maşhud Tacvarın sözlərinə görə, yeni çəki limiti 100 nəfər heyət üzvünə, yəni bütün heyətin beş faizinə təsir edəcək.

Mənbə:Oxu

OXŞAR XƏBƏRLƏR