İraqdan gələn turistlər hər il artır

İraqdan gələn turistlər hər il artır
Xəbərlər 10 Yanvar 2019 09:27 493
İraqdan gələn turistlər hər il artır

Son illər İraqdan Azərbaycana gələn turistlərin sayında davamlı artım var. Bu barədə Seyyah.az-a Azərbaycanın İraqdakı səfirliyindən bildirilib. Qeyd edək ki, bir gün əvvəl Seyyah.az-da dərc edilən məlumatda ölkəyə İranan və İraqdan gələn turistlərin sayının azalması və bunun səbəbləri göstərilmişdi.

Səbəblərdən biri kimi, İraq turistlərinə vizanın aeroportda verilməsinin dayandırılması göstərilirdi.

Səfirlikdən bildirilib ki, son 3 ildə İraq turistlərinə Azərbaycana gəlmək üçün verilən vizaların sayı sürətlə artır. Belə ki, 2016-cı ildə İraq vətəndaşlarına 35-40 min, 2017-ci ildə 60-65 min, 2018-ci ildə isə 74 min viza verilib. Başqa sözlə, xaricilərə verilən vizaların həcmində artım var.

Bununla yanaşı, Seyyah.az-ın əldə etdiyi məlumata görə, bəzi ölkə vətəndaşlarına hava limanında vizaların verilməsinin dayandırılması təhlükəsizlik məqsədləri ilə bağlı olub. 

Mənbə: FED

 

OXŞAR XƏBƏRLƏR