Ufalıların əksəriyyəti Yeni il tətilini Azərbaycanda keçirib

Ufalıların əksəriyyəti Yeni il tətilini Azərbaycanda keçirib
Xəbərlər 10 Yanvar 2019 11:43 438
Ufalıların əksəriyyəti Yeni il tətilini Azərbaycanda keçirib

Başqırdıstanın paytaxtı Ufa şəhərinin əksər sakinləri Yeni il tətilində istirahət etmək üçün Moskva və Azərbaycanı seçiblər. Bu barədə dəmir yolu və aviabiletlərin satışı xidməti “OZON.travel” məlumat verib.

Seyyah.az xəbər verir ki, Başqırdıstan paytaxtında ötən mövsümlə müqayisədə Azərbaycana səyahət etmək istəyənlərin sayı dörd dəfə artıb. Bu istiqamət xarici ölkələr arasında liderə çevrilib. Analitiklər bildirirlər ki, Azərbaycanla yanaşı, ufalılar bayram günlərini Moskva və Sankt-Peterburqda keçirməyə üstünlük veriblər.

Mənbə: Azertag

OXŞAR XƏBƏRLƏR