“Buta Airways” İstanbula reys açır – 75 MANAT

“Buta Airways” İstanbula reys açır – 75 MANAT
Xəbərlər 14 Yanvar 2019 11:30 631
“Buta Airways” İstanbula reys açır – 75 MANAT

Azərbaycanın aşağı büdcəli aviaşirkəti «Buta Airways»  Bakıdan İstanbula yeni reys açır. Seyyah.azxəbər verir ki, aprelin 1-dən işə düşən yeniliyə əsasən, «Buta»nın təyyarələri Bakıdan İstanbula gündə 3 dəfə reys edəcəklər.

Uçuşlar:

Saat 7.45 çıxış – 9 35 (çatma), 12.35 – 14.25 və 21.50 – 23.40 saatlarında yerinə yetiriəcək. Təyyarələr İstanbulun Sabiha Gökçen hava limanına enəcəklər.

Yeni reyslərə ən ucuz başlanğıc qiymətlər gecə reysinədir (21.50-də çıxana). Bu reysdə Bakı-İstanbul bir tərəfə 75 AZN, iki tərəf isə 140 AZN-dir. Qiymətə bagaj və ya əl yükü daxil deyildir.

10kq baqaj bir istiqamətə 30 AZN, 23 kq baqaj isə 50 AZN-dir.

Bununla yanaşı, turizmi şirkətlərindən veilən məlumata görə, artıq bu istiqamətdə biletlərin əksəriyyəti alınıb. Xüsusilə gecə reyslərinə biletlər yalnız sentyabr-oktyabra qalıb. Gündüz reyslərinə isə ucuz biletlər satılıb və nisbətən baha qiymətlərə biletlər qalıb. 

OXŞAR XƏBƏRLƏR