AZAL sərnişinləri daşıyıb, yükləri isə Bakıda qalıb

AZAL sərnişinləri daşıyıb, yükləri isə Bakıda qalıb
Xəbərlər 14 Yanvar 2019 11:37 824
AZAL sərnişinləri daşıyıb, yükləri isə Bakıda qalıb

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Peterburq aviareysinin sərnişinlərinə məxsus yüklərin bir qismi Azərbaycan paytaxtında qalıb. 

Bu barədə Rusiya mətbuatı xəbər verir. 

Məlumata görə, ötən gün, saat 11-də təyyarə ilə Peterbuqra çatmış sərnişinlər Bakı aeroportunda təhvil verdikləri bəzi yükləri əldə edə bilməyiblər. Buna səbəb kimi isə həmin avireys üzrə daşınan yüklərin həddindən çox olması göstərilib. Yəni, təyyarənin normadan artıq yüklənməməsi üçün yüklərin bir qisminin Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılması və növbəti reyslə göndərilməsi qərara alınıb. 

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR