AZAL qiymətləri endirdi

Xəbərlər 17 Aprel 2015 00:00 1765
AZAL qiymətləri endirdi

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bir sıra istiqamətlərdə həyata keçirdiyi uçuşlara endirim edib. Seyyah.az-ın AZAL-a istinadən məlumatına görə, söhbət Barselona, Lvov, Berlin, Paris, Roma, Milan, Praqa, Bişkek, Minsk, Təl-Əviv və Dubay şəhərləriə yerinə yetirilən aviareyslərdən gedir.

Bu istiqamətlərdə ikirətəfli biletin qiyməti 20% azaldılıb. Aksiya çərçivəsində uçuşlar aprelin 16-dan iyunun 1-nə qədər davam edəcək. Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Bu siniflər üzrə mile-ballar hesaba əlavə olunmur. Maksimal qalma müddəti bir aydır.

OXŞAR XƏBƏRLƏR