Hava şəraitinin kəskin pisləşməsi uçuşlara təsir edəcəkmi?

Hava şəraitinin kəskin pisləşməsi uçuşlara təsir edəcəkmi?
Xəbərlər 16 Yanvar 2019 15:44 459
Hava şəraitinin kəskin pisləşməsi uçuşlara təsir edəcəkmi?

Ölkə ərazisində yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlıq “Azərbaycan Hava Yolları”nın reyslərinin təqviminə təsir etməyəcək.

Seyyah.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

O bildirib ki, ölkə ərazisində müşahidə ediləcək güclü küləklə əlaqədar reyslərin vaxtına dəyişiklik edilməyib:

“Hava ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatında və Milli Hidrometeorologiya Departamentindən verilən xəbərdarlıqla əlaqədar AZAL reyslərinin təqvimində dəyişiklik yoxdur. Bütün reyslər qrafik üzrə aparılır”.

Mənbə: Oxu

OXŞAR XƏBƏRLƏR