Batumidə pul xərcləyən azərbaycanlıların sayı – AÇIQLANDI

Batumidə pul xərcləyən azərbaycanlıların sayı – AÇIQLANDI
Xəbərlər 17 Yanvar 2019 09:50 414
Batumidə pul xərcləyən azərbaycanlıların sayı – AÇIQLANDI

Ötən il Gürcüstanın Acarıstan Muxtar Respublikasına (MR) 204 562 Azərbaycan vətəndaşı səfər edib.
 
Seyyah.az-ın məlumatına görə, bu barədə MR-in Turizm və Kurortlar Departamentindən məlumat verilib.
 
İllik müqayisədə Acarıstana səfər edən Azərbaycan vətəndaşlarının sayında 24,2% artım qeydə alınıb.
 
2018-ci ildə Acarıstana, ümumilikdə, 1,9 mln. nəfərdən çox əcnəbi ziyarətçi səfər edib ki, bu da illik müqayisədə 23,7% çoxdur.
 
Departamentdən qeyd olunub ki, statistik göstəricilər Acarıstana Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” sərhəd-keçid məntəqəsi, Batumi limanı və aeroportu vasitəsilə səfər edən əcnəbilərin sayını əks etdirir.

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR