İstanbula uçmaq istəyənlərə şad xəbər

İstanbula uçmaq istəyənlərə şad xəbər
Xəbərlər 17 Yanvar 2019 14:16 905
İstanbula uçmaq istəyənlərə şad xəbər

“Türk Hava Yolları” aviaşirkəti Azərbaycanda yeni endirim kampaniyasına start verib.

Seyyah.az xəbər verir ki, kampaniya çərçivəsində Azərbaycanın müxtəlif şəhərlərindən İstanbula və əks istiqamətdə aviabiletlər endirimli qiymətlə təklif olunur.

Kampaniyanın şərtlərinə əsasən, Bakı-İstanbul-Bakı aviareysi üzrə endirimli biletin qiyməti Sabiha Gökçen və Atatürk hava limanlarına müvafiq olaraq 149 və 179 avrodan, Naxçıvan-İstanbul-Naxçıvan və Gəncə-İstanbul-Gəncə istiqamətində biletlərin qiyməti isə 129 avrodan başlayır.

Eyni zamanda, İstanbul-Bakı-İstanbul istiqaməti üzrə endirimli biletin qiyməti Sabiha Gökçen və Atatürk hava limanlarından müvafiq olaraq 129 və 159 ABŞ dolları, İstanbul-Naxçıvan-İstanbul və İstanbul-Gəncə-İstanbul aviareysləri üzrə isə 119 ABŞ dolları təşkil edir.

Kampaniya çərçivəsində daşınan baqajın və əl yükünün həcmi artırılıb. Belə ki, endirimli qiymətə 30 kq baqaj və 8 kq əl yükü daxildir.

Yanvarın 31-dək davam edəcək kampaniya çərçivəsində alınan biletlərlə 21 yanvar – 19 may 2019-cu il tarixləri arasında səyahət etmək mümkündür.

 

OXŞAR XƏBƏRLƏR