Seyyah.az "Fins.az"-a istinadən yaydığı məlumata görə, layihə çərçivəsində aviaşirkət birinci klass sərnişinlərinə ətriyyatçının kolleksiyasından olan “Exclusive Box” ətir qutusu hədiyyə edəcək. Qutunun içində hər biri 15 ml. həcmli 8 müxtəlif ətir yer alıb. Bütün ətirlərin əsasında Pataqoniyanın məşhur olduğu amazon manoliyası, kabruyeva yağı, qarağat, marakuya bitkilərinin notları durur.
Sərnişinlərə bu inqrediyentlərdən hazırlanmış “Agua Magnoliana”, “La Cautiva”, “Biblioteca de Babel”, “Malena”, “Darwin”, “Pulpería”, “Humboldt” və “Tinta Roja” ətirləri hədiyyə ediləcək. Hədiyyə ətirlərin “Lufthansa”-nın hansı istiqamətli uçuşlarına tətbiq olunacağı hələ ki, məlum deyil.