Sevgililər Günündə "Excelsior Hotel Baku"-da xüsusi əyləncəli proqram- 49 manata

Xəbərlər 6 Fevral 2014 00:00 1897
Sevgililər Günündə "Excelsior Hotel Baku"-da xüsusi əyləncəli proqram- 49 manata

Fevralın 14-də "Excelsior Hotel Baku" otelinin "Belveder" restoranında sevgililər gününə həsr olunmuş xüsusi əyləncəli proqram keçiriləcək. Oteldən seyyah.az-a verilən məlumata görə, qonaqlar üçün maraqlı sürprizlər nəzərdə tutulmuş olan proqram, saat 20.00-da başlayaraq 24.00-a qədər davam edəcək. Proqrama canlı musiqi, 4 növ (course) yemək, limitsiz içkilər, çay və qəhvə daxildir. 


Xüsusi proqramda bir nəfər ücün iştirak giyməti 49 manat olacaq. Məlumatda bildirilir ki, proqrama qatılmaq istəyənlər "Excelsior Hotel Baku" otelinə- 012 496 80 00 telefon nömrəsinə zəng edərək rezerv edə bilərlər.


Qeyd edək ki, "Excelsior Hotel & Spa Baku" Ata Holding Şirkətlər Qrupuna daxildir və 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. "Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" deluks, 9 "Duke" standard otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.

OXŞAR XƏBƏRLƏR