16% "Şahdağ" və "Tufandağ"ı seçib

Xəbərlər 21 Yanvar 2019 11:15 442
16% "Şahdağ" və "Tufandağ"ı seçib

Turistlər MDB-də qış tətili zamanı ən yaxşı istirahət zonalarının Azərbaycan, Qazaxıstan və Belarusda olduğunu bildirir.

Seyyah.az xəbər verir ki, "TurStat" analitik agentliyinin məlumatına görə, rəyi soruşulanların 32 faizi Belarusun Minsk vilayətindəki "Loqoysk" və "Siliçi" qış kurortlarına üstünlük verib.

Qazaxıstanın Almatı şəhərinin yaxınlığındakı "Çimbulaq" istirahət mərkəzi səslərin 23 faizini qazanıb.

16 faiz Azərbaycanın "Şahdağ" və "Tufandağ" Qış-Yay Turizm komplekslərini seçib.

Turistlərin bir qismi isə Qırğızıstandakı "Karakol" və Özbəkistandakı "Çimqan" kurortlarını bəyənir.

Mənbə: Trend

OXŞAR XƏBƏRLƏR