Almaniya İran aviaşirkətinə qadağa qoydu

Almaniya İran aviaşirkətinə qadağa qoydu
Xəbərlər 21 Yanvar 2019 15:55 366
Almaniya İran aviaşirkətinə qadağa qoydu

İranın “Mahan Air” aviaşirkətinə bu gündən etibarən Almaniya aeroportlarına uçuş həyata keçirmək qadağan edilib.

Seyyah.az xəbər verir ki, bu barədə Almaniyanın Nəqliyyat Nazirliyinin nümayəndəsi məlumat verib. 

Almaniya XİN-nin nümayəndəsi Xristofer Burqerin sözlərinə görə, Berlin İranın nüvə proqramı üzrə sazişini dəstəkləməyə davam edir, lakin bu ölkənin regionda stabilliyi pozmağa yönələn fəallığı, ballistik proqramı qəbuledilməzdir. 

Alman KİV-ləri XİN-dəki mənbəsinə istinadən yazır ki, “Mahar Air” şirkəti İranın İslam İnqilabi Keşikçiləri Korpusu ilə əməkdaşlıq etməkdə şübhəli bilinir. Şirkətin təyyarələri isə cəsusluq və terror məqsədi ilə istifadə edilir. 

Qeyd edək ki, "Mahan Air”  “İran Air”dən sonra İranın ikinci ən iri aviaşirkətidir. Aviaşirkət 2011-ci ildən ABŞ-ın sanksiya siyahısındadır. 

Mənbə: Qafqazinfo

OXŞAR XƏBƏRLƏR