Otellərdə xidmətlər - bahalaşıb

İl ərzində otellər boş qalır
Xəbərlər 18 Aprel 2015 00:00 751
Otellərdə xidmətlər - bahalaşıb

2014-cü ildə otellərin və qonaq evlərinin gəlirləri 5,7% artaraq 181 milyon manat olub. Xərclər (147,1 mln. manat) 1,1% artıb, 33,9 mln. manat mənfəət əldə edilib. Gəlirlərin artımında xidmətin bahalanması da rol oynayıb: Dövlət Statistika Komitəsinə görə, ötən il xidmət haqları 2,2% bahalanıb. Seyyah.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xərclərin çoxu əmək haqları və sosial ayırmaların (31,3% və 7,2%), mal  alınması və yemək və içki hazırlanması (16%), amortizasiya ayırmalarının (8,9%) payına düşüb. Bu sektorda 9 min nəfər  (+750 nəfər) çalışır, orta maaş 425,6 manatdır. 

2014-cü ildə otellərə yerləşdirmə ilə bağlı 672,3 min nəfər müraciət edib. Bu, əvvəlki ildəkindən 0,9% çoxdur. Müraciətlərin 58,4%-i əcnəbilərin (392,8 min nəfər) payına düşür. Bunlar əsasən Britaniya, RF, Türkiyə, ABŞ, Almaniya, İran, İtaliya və s vətəndaşlarıdır. Ötən il gələn turistlərin 73,2%-i otel xidmətindən istifadə edib.

Otellərdə gecələmə sayı 1 687,7 min adam /gün təşkil edib. Bu, 2013-cü ildəkindən 0,8% çoxdur. Bunun 64,1%-i Bakının payına düşür. Azərbaycan otellərinin ümumi yüklülüyü 13% təşkil edib. Başqa sözlə, il ərzində otellər boş qalır.  

Bu ilin yanvarın 1-ə olan vəziyyətə Azərbaycanda 17 363 (+4,9%) nömrənin olduğu 535 mehmanxana və mehmanxana tipli obyekt var. Onların təxminən 70%-i Bakıda yerləşir. Bu mehmanxanalar eyni vaxtda 35 652 adam qəbul edə bilir.

OXŞAR XƏBƏRLƏR