Qaudinin şəhəri – Barselona - ŞƏXSİ TƏCRÜBƏ

Qaudinin şəhəri – Barselona - ŞƏXSİ TƏCRÜBƏ
Xəbərlər 22 Yanvar 2019 14:37 484
Qaudinin şəhəri – Barselona - ŞƏXSİ TƏCRÜBƏ

Hörmətli Gəzəyənlər hamınızı salamlayıram. Bu dəfə də sizə danışım 10-14 Yanvar tarixlərində səyahət etdiyim Barcelona turundan. İlk öncə 1 ay əvvəl 9avroya tapdığımız biletlərdən danışım. Deməli Berlin Schönefeld airportundan Barcelona Terminal 2-yə 9avroya bilet tapdıq. Hətta Rostockdan Berlinə 10avroya gedib gəlmişik. Elvin çoxsağolsun Flixbusun Voucherləri ilə bizi xilas edir. İlk öncə mindik getdik Berlinə ilk dəfə idi ki, dalbadala airporta tərəf gedən qatarlar işləmirdi yaxşı ki, vaxtında çıxmışdıq evdən 3saat boş aralıq kimi götürmüşdük ehtiyyat. Mindik təyyarəyə öz yerimizi tutduq mən və dostum. Adətən təyyarədə yatmaq yerinə yanımda oturanlar ilə söhbət etməyə çalışıram bu dəfə də elə oldu. Bir xanım əyləşmişdi yanımda biraz söhbət etdik sonra isə telefonda başladım surfing etməyə. Sən demə ekranıma qoyduğum bayraq şəklini görüb və Facebookdakı dostlarımın rusca paylaşımlarına diqqət yetiribmiş. Sonra yatdı və mənə dəydi oturduğu yerdə. Və beləcə söhbət başladı. Bir neçə dəfə məndən haralı olduğumu soruşdu və mən də hərdəfəsində Azərbaycandanam deyib soruşmurdum. Bilmirəm niyə soruşmadığımı. Sonunda ouu Bizim qonşularımızsınız dedi heç gözləmədiyim bir cavab oldu və soruşdum qız Ermənistan vətəndaşı imiş. Başladıq bütün yol boyu danışmağa sivil insanlar kimi. Verdiyi məlumata görə əmisi Qarabağ döyüşlərində iştirak edibmiş. Mənə dedi ki, mən bilirəm ki, hazırda mənə qarşı nələr yaşayırsan amma mən həmişə sizi dəstəkləmişəm əmimlə artıq illərdi fikirlərimə görə düşmən kimiyik. Bilirəm Qarabağda çoxlu insanlar qətlə yetirib indi də hərgün travma ilə yuxudan durur özü də peşman olub. Ölkə səviyyəsində nəqədər də haqsızlıq etsək də millətimiz bilir ki, siz bizə qucaq açmısız və hərzaman yer vermisiz. Mən sizin millətə güvənirəm nəinki özümüzünki. Heç zaman azərbaycanlı biri ilə əlaqəm belə bir söhbətim olmayıb hərzaman birisi çıxacaq deyə gözləyirdim sanki bugünü ki, bir dövlətin millətin nümayəndəsi kimi üzr istəyim. Ən azından müharibə əsgərlər arasında olur sivil insanlar arasında olmaz. Qatilin nə milliyəti nə də dini irqi olur. Bizim dövlət qatildir. Mən istərdim gələcəkdə Azərbaycana gəlim və bilirəm sizin ölkədə hələ də çoxlu ermənilər yaşayır. Hətta bizdə belə demirlər amma ermənistanda çoxlu azərbaycanlılar yaşayırlar. Sadəcə təəssüff ki, mən sizin dilinizi bilmirəm və hazırda Qarabağda böyüyən uşağın 22 yaşı var və inanmıramki o öz doğulduğu torpaqların verilməsinə razı olar. Nəysə uzun söhbətdən sonra sağollaşdıq ayrıldıq hərə öz işinə getdi.

Gəldik Barcelonaya dostum ilə düşəndən artıq başqa ab-hava var idi. Mən getdiyim ölkələr arasında belə bir şəhərə getməmişdim. Miami, Californiya kimi şəhərlərə bənzəyirdi. Airbnbdən 4günü adambaşı cəmi 30avroya ev tutmuşduq adam da rus çıxdı. Onunla da çoxlu söhbətlər etmişik adamın əsgərlik yoldaşı azərbaycanlı olub burdan Ədalət Hüseynova da salam göndərirəm. Adama əsgərlikdə çoxlu çaxırlar gəlirmiş ət kabab zad ediblər. Azərbaycanlı olduğumuz üçün bur us əlindən gələni edirdi çox yaxşı qarşıladı bizi. Sonra gəzəyənlərdən tanıdığımız Mürsəl bizi qonaq elədi görüşdük çoxlu taktikalar Verdi. Çox sağolsun ki, hərzman xaricdə yaşayan öz həmvətənlərimiz bizə hərdəfə köməklik edirlər. Paelliya və digər local yeməkləri yedik. 4 günə 2dəfə 10gediş kartını aldıq 10avroya 2 nəfər həryerə piyada gəzirdik. Hava gah soyuq gah da isti olurdu. Və qərara gəldik Tibidabo deyilən yerə getməyə. Səhər evdən çıxdıq google map sağolsun bizi səhv istiqamətləndirdi getdik çıxdıq başqa yerə. Tram Metro əladır Barcelonada amma Avtobus məncə ən bərbad nəqliyyatdır o şəhərdə. Bizi səhv dağa qaldırdı və çoxlu gecikmələri göstərirdi. Bizimkimi 2 italiyan oğlan 1 vyetnamlı və 2 ukraynalı qız azıb gəlmişdilər. elə oradaca qərara gəldikki obri dağa qədər yürüş edək həmdə həyat bizi bir nöqtəyə gətirib google map sağolsun başımıza oyun açdı. Bütün yolu söhbət edə edə getdik axırki məkana çatdıq. Bütün şəhər gözəl görünürdü. Çoxlu küçə musiqiçiləri və tarixi binalar sadəcə möhtəşəmdir. Qiymətlər də Almaniyaya baxdıqda azacıq sanki ucuz kimi göründü mənə. Təbii ki, Sagrada Familia unutmaq olmaz o əzəmətli məkan.

Mütləq gedərkən bütün dəniz məhsullarının dadına baxın. Yeməkləri çox dadlıdır. Axşam tərəfi politik məhbuslara aid mitinq varmış qocalı cavanlı hamı orda idi mərkəzi küçələr ilə gedirdilər. Sonra biz qərara gəldik bu yolda təsadüfi görüşdüyümüz insanlarla gedək bir yemək yeyək. Tripadvisor köməyimizə gəldi. “Vasconia” restoranına getdik qiymətlər çox ucuz və porsiya çox möhtəşəm və dadlı gəldi. Hətta yaxınlaşdım selfie çəkdirdikdə bizə əlavə içki Shot-lar da verdilər əhvalımız daha kökəldi və yolumuza davam etdik üzü dəniz tərəfə. Mütləq küçədə tanış olun yeni insanlarla.

Son günü istiqamətini getdik Camp Nou-ya təbii ki, özüm anti-barcelonalı olsam da avropanın ən böyük stadionudur. Axşam oyun var idi deyə museyə girsək belə stadionun içinə buraxmayacaqdılar deyə biz də heç girmədik. Mütləq Google Trips proqramını istifadə edin. Səyahət edərkən ən lazımlı səyahət dostumdur. Oğurluqları məşhur olan şəhərdə və sonunda sağ salamat gəldik çıxdıq Almaniyaya heçbirşey oğurlatmadan. Əgər nədənsə şübhəniz varsa sənədləri evə qoyun şəkillərini çəkib telefonda saxlayın. Oturduğunuz stollara telefonları qoymayın pul istəyən dilənçilər gəlib sizə kağız qəzet qoyacaqlarki oxuyun sonra gedəndə görəcəksiz telefonunuz yoxdur kağzı qoyur diqqətinizi cəlb edir sonra oğurluq edirlər. Bax belə. İndi siz bunu oxuyanda çox güman ki, mən artıq Danimarka, Kopenhagendə olacam. Gəzəyən olun, səyyah yox.Hamınıza xoş həftəsonu arzulayıram.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR