Azərbaycanda ən çox maaş bu sahədə verilir – SİYAHI

Azərbaycanda ən çox maaş bu sahədə verilir – SİYAHI
Xəbərlər 22 Yanvar 2019 15:13 618
Azərbaycanda ən çox maaş bu sahədə verilir – SİYAHI

Xəbər verildiyi kimi, 2018-ci ilin nəticələrinə görə, Azərbaycanda orta aylıq əmək haqqı 540,1 minmanat təşkil edib. Seyyah.az xəbər verir ki, dövlət və özəl sektorlarda əmək haqqının məbləği bir-birindən kəskin fərqlənir. Belə ki, özəl sektorda orta aylıq əmək haqqı 687,7 manat olduğu halda, dövlət sektorunda 430,5 manat olub. Başqa sözlə, özəl sektorda maaşlar dövlət sektoru ilə müqayisədə 60% artıqdır.

Bu fərq özünü iqtisadiyyatın digər sahələrində də göstərir. Belə ki, kənd təsərrüfatı (222 manata qarşı 350 manat), mədənçıxarma (1336 manata qarşı 4020 manat), su təchizatı (262 manata qarşı 744 manat), tikinti (559 manata qarşı 760 manat), informasiya və rabitə (623 manata qarşı 1247 manat), peş əvə elmi fəaliyyətdə (428 manata qarşı 2043 manat) və sair sahələrdə özəl sektorda maaşlar daha yüksəkdir.

Dövlət sektorunda isə emal sənayesində (516 manata qarşı 721 manat), turizm (533 manata qarşı 767 manat), dövlət idarəetməsi (210 manata qarşı 605 manat) və sair sahələrdə maaşlar daha yüksəkdir.

Ümumilikdə ölkədə ən yüksək maaşlar özəl sektordakı mədənçıxarma sənayesindədir – 4020 manat. Sonrakı yeri özəl sektordakı eşə elmi və texniki fəaliyyət sahəsində çalışanlar tutur – 2043 manat. Bank və maliyyə sahəsində həm özəl, həm də dövlət spektorunda çalışanlar yüksək maaş alırlar – 1412-1458 manat. Özəl sektorda informasiya və rabitə sahəsində çalışanlar isə 1247 manat maaş alır.

Ölkədə ən aşağı əmək haqqı isə dövlətdə kənd təsərüfatı və səhiyyə sahəsində çalışanlardır Burada maaşlar 222 manat və 234 manatdır.

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR