Villaları hostelə çevirirlər - 100 MİN TURİST GƏLİB

Villaları hostelə çevirirlər - 100 MİN TURİST GƏLİB
Xəbərlər 23 Yanvar 2019 17:28 544
Villaları hostelə çevirirlər - 100 MİN TURİST GƏLİB

Azərbaycanın ənənəvi turizm istiqamətləri kimi tanınan şimal və şimal qərb bölgələrinin ardınca, cənub bölgəsinə turist axını artmaqdadır. Seyyah.az xəbər verir ki, 2018-ci ildə cənub bölgəsinə gələnlərin sayı 10-12% artıb. «Ötən il cənub bölgəsinin  mehmanxana və analoji obyektlərində 100 min nəfər qona qolub ki, bu da əvvəlki illə müqayisədə 10-12% artıqdır»-deyə Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov bildirib. Onun sözlərinə görə, noyabr dekabır aylarında təkcə Lənkərandakı otellərə 10 minə yaxın turist gəlib.

Yeni yol turistlərin sayını artırıb

Turizm Mərkəzinin rəhbəri bildirir ki, bölgəyə turistlər müxtəlif bölgələrdən və ölkələrdən gəlir. Artımın əsas səbəblərindən biri cənub bölgəsinə yeni yolun açılmasıdır: «Yeni yolla Bakıdan cənub bölgəsinə cəmi 2 saata gəlmək olur, çox rahatdır. Bu da adamları səyahətə həvəsləndirir. Yolun açılması turistlərin sayını artırıb». Mərkəz direktorunun sözlərinə görə, məhz bu səbəbdən sonra iki ayda şəhərə axın olub: «Noyabr-dekabrda Lənkəranda turist olmazdı bu il otellər dolu idi».

İrandan gələnlər azalıb

Bununla yanaşı, İrandan gələn turistlərin sayında azalma var. Səbəbi bu ölkədə baş verən iqtisadi proseslər, o cümlədən rialın məzənnəsinin kəskin azalmasıdır. Mərkəz direktoru deyir ki, əvvəlki illərlə müqayisədə rial bir neçə dəfə dəyər itirib ona görə də, İran vətəndaşları üçün səyahət etmək bahalaşıb: «Onların pulları xeyli ucuzlaşıb, ona görə də böyük hissəsi ümumiyyətlə səyahət etmir. Ya da daha ucuz ölkələrə gedirlər». Amma hətta iranlıların sayının azalması da ümumi artıma mane olmayıb.

«Çay və limon turizmi» başlayıb

İ.Əzimov bildirib ki, turistlərin sayının artımı ilə yanaşı, turizmin yeni növləri ortaya çıxıb. Belə ki, hazırda cənub bölgəsində aqroturizm artmaqdadır. «Xüsusilə çayçılıq və sitrus meyvələri ilə bağlı müraciətlər artıb, turistlər . çay plantasiyalarını gəzmək istəyirlər».

Hotel və hostellərin sayı artıb

Turistlərin sayının artması və bu sahənin digərlərinə nisbətən daha çox gəlir gətirməsi Lənkəranda otel biznesinə marağı artırıb. İ.Əzimov FED.az-a bildirib ki, son aylarda şəhərdə 2 otel açılıb: «Bunlar əsasən, o qədər də böyük olmayan 30-50 nəfərlik otellərdir». Otellərdən biri hazırda fəaliyyətdə olan restoranın daxilində yaradılıb: «Əvvəllər restoran idi, sonra otel də əlavə etdilər».

Bundan başqa, şəhərdə yeni terizm obyekti olan hostellərin də sayı artmaqdadır Son aylar Lənkəranda bir neçə hostel yaradılıb. Maraqlıdır ki, bu hostellər villalarda yaradılıb: «İri villanı bölüb, içərisində 20 nəfərlik hostel yaradırlar, çünki turistlər arasında da hostelə maraq böyükdür. Onun qiymətləri də aşağıdır, adambaşna 10 manat təşkil edir».

Mənbə:FED 

OXŞAR XƏBƏRLƏR