"Buta Airways" sərnişinlərin qeydiyyatı və əyləşdirilməsi qaydalarını dəyişdirir

"Buta Airways"
Xəbərlər 29 Yanvar 2019 15:04 530
"Buta Airways" sərnişinlərin qeydiyyatı və əyləşdirilməsi qaydalarını dəyişdirir

2019-cu il 1 fevral tarixindən etibarən bütün reyslərimizdə sərnişinlərin qeydiyyatı və əyləşdirilməsi qaydaları dəyişdirilir.

Bundan sonra uçuşa bir bron çərçivəsində aviabilet alan bütün sərnişinlər sistem tərəfindən bir-birinin yanında pulsuz olaraq əyləşdiriləcək.

Həmçinin hava limanlarında qeydiyyatın qiyməti 8 avro təşkil edəcək. Onlayn-qeydiyyat əvvəlki kimi pulsuz xidmət olaraq qalır. Artıq "Buta Airways" mobil əlavəsini (iOS və Android üçün) yükləyərək smartfonunuzdan rahatlıqla qeydiyyatdan keçə bilərsiniz. Bu, qeydiyyat masalarında növbələrin azalmasına və aviaşirkətin cədvəlində gecikmələrin minimallaşdırılmasına imkan verəcək. Unutmayın ki, onlayn qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır.

OXŞAR XƏBƏRLƏR