Qatara bilet al, oteldə nömrəni də sifariş et- Yenilik

Xəbərlər 19 Aprel 2015 00:00 1116
Qatara bilet al, oteldə nömrəni də sifariş et- Yenilik

Rusiyadan Azərbaycana dəmir yolu bileti alanda mehmanxanada nömrə bronlamaq olar. Seyyah.az xəbər verir ki, «Rusiya Dəmir Yolları» Açıq Səhmdar Cəmiyyəti bununla bağlı yeni onlayn xidmət təklif edib.

Qurumun saytında qatara bilet alan müştəri ödəmənin təsdiqindən sonra mehmanxanaların seçiminə keçə bilər. Hazırda məlumat bazasına 10 mindən çox mehmanxananın informasiyası yüklənib. Mehmanxanalar haqqında informasiyada interyerlərin fotoşəkillərinə baxmaq, təqdim olunan xidmətlər ilə tanış olmaq və qiymətləri müqayisə etmək mümkündür. Hələlik keçmiş sovet respublikaları üzrə hotel nömrəsi bronlamaq mümkündür.

OXŞAR XƏBƏRLƏR