Səyahət zamanı edilən - 10 SƏHV

Səyahət zamanı edilən - 10 SƏHV
Xəbərlər 31 Yanvar 2019 15:04 569
Səyahət zamanı edilən - 10 SƏHV

1-ci səhv: Səyahətə məlumatsız olmaq

Səyahətə hazırlaşmaq səyahət istiqamətini seçməkdən başlayır, Çamadan topmanası ilə başa çatır.

Siz səyahətdən tam məlumatlı olmalısınız, getdiyiniz oteli, onun yerləşdiyi bölgəni, səyahətinizin proqramı haqqında tam məlumatlı olmalısınız.

2-ci səhv: Turizm mövsümünü nəzərə almamaq.
Səyahət edərkən mövsüm mütləq diqqətə alınmalıdır.

Məsələn, Asiyada və Karibdə yayda yağışlı mövsüm gəlir, yağış yağmadıqda belə havanın rütubətliyi yüksək olur və dəyişkən hava müşayiət olunur. Misirdə və BƏƏ yazda qum fırtınaları olur və s.

3-cü səhv: Yerli mədəniyyətə və adətlərə fikir verməmək.
Hər ölkənin xüsusi adətləri varki bunları bilmək önəmlidir.

Ərəb ölkələrində hər hansı bir ictimai sevgi nümayişi arzuolunmazdır. Bir öpücük belə ətrafdakıların sərt reaksiyasına səbəb ola bilər.
Taylandda obyektlərə (istiqamətlərə) ayağın köməyi ilə göstərmək və ya həmsöhbətin başına (ruhun konteynerinə) toxunmaq olmaz
Çexiyada görüşərkən yalnız kişilərlə deyil, həm də qadınlarla əllərini sıxmaq adətdir.
Gəzintidən əvvəl ölkədəki yerli adət və ənənələri, mədəni xüsusiyyətləri ilə tanış olmanızı məsləhət görürük.

4-cü səhv: Qanunları bilməmək və ya riayət etməmək.
Səyahət etməmişdən öncə getdiyiniz ölkənin qanunları barədə məlumat toplayın.

Məsələn: ABŞ-da avtomobilinizi avtobus dəyanacağında saxlasanız və ya Avropada piyada keçidi olmayan yerdə yolu keçsəniz külli miqdarda cərimə oluna bilərsiniz.
Əgər ölkədə tullantılar növlər üzrə ayrılırsa, siz də belə etməlisiniz.

5-ci səhv: Bahalı nəqliyyatdan istifadə.
Nəqliyyat xərcləri adətən səyahət büdcəsinin böyük hissəsini təşkil edir.

Nəqliyyatda qənaət etmək üçün bir çox yol var
Hava limanından transfer ictimai nəqliyyat vasitəsi ilə daha ucuz ola bilər.
Taksi sürücüləri qalıq qaytarmırlar, onunçündə üzərinizdə xırda pulların olması məsləhətdir.
Ölkə daxilində, qatarla, təyyarə ilə, taksi ilə, bərə ilə səyahət edə bilərsiniz, həmçinin bir avtomobil icarəyə götürə bilərsiniz. Doğru nəqliyyat növünün seçilməsi əhəmiyyətli bir məbləğdə qənaət etməyə kömək edə bilər.

6-cı səhv: Məhşur məkanlara həvtə sonları getmək.
Məkanları və zamanı düzgün seçin.

Muzeylərə, əyləncə mərkəzlərinə və digər turistik məkanlara həftə sonları turistlərlə yanaşı yerli əhalidə gedir. Və həmin günləri daha çox sıxlıq olur.

7-ci səhv: Artıq pul xərcləmək. 
Endirimlərdən yararlanmamaq, çoxlu çay pulu vermək və qiymətin aşağı salınmasını istəməmək turistlərin ən çox etdiyi səhvlərdəndir.

Səyahət müddəti yerli mobil nömrədən istifadə edin.
Nyu Yorkda 20%, Praqada 7% çay pulu saxlanılır. Daha çox vermək lazım deyil.
Alış-veriş edərkən bir yerdən maraqlanmayın, gəzin, qiymətlərdə endirim istəyin.

8-ci səhv: Qidalanmaya diqqət etməmək.
Burada 2 nüans var

1. Turistik məkanlarda yeməklər çox baha olur, siz yaxınlıqda yerli kafedə ləzzətli yeməklər yeyə bilərsiniz.
2. Yerli qidalandan çox yemək və qarışdırmaq məsləhət deyil.

9-cu səhv: Narahat geyim.
Çamadanınızı səyahət etdiyiniz şəhərə uyğun edin.

Çox gəzməyi planlaşdırırsınızsa rahat ayaqqabılar geyinin, geyminiz rahat olsa, səyahətdən zövq alacaqsınız.

10-cu səhv: Tibbi çanta götürməmək.
Əsasən ailə ilə səyahət edilərkən bu mütləqdir.

Səyahət edərkən gözlənilməz hadisələrə hazırlıqlı olmaq lazımdır. Hər hansı səbəbdən zədə aldıqda yaxınlıqda tibb məntəqəsi və ya aptek olmaya bilər.

Mənbə: Baku Holiday Travel

OXŞAR XƏBƏRLƏR