“WizzAir” Gürcüstandan Avropanın daha 6 şəhərinə uçuşa başlayır - QİYMƏT 20 AVRO

“WizzAir” Gürcüstandan Avropanın daha 6 şəhərinə uçuşa başlayır - QİYMƏT 20 AVRO
Xəbərlər 4 Fevral 2019 08:44 506
“WizzAir” Gürcüstandan Avropanın daha 6 şəhərinə uçuşa başlayır - QİYMƏT 20 AVRO

Macarıstanın “WizzAir” aşağı büdcəli (low cost) aviaşirkəti Kutaisidən (Gürcüstan) Avropanın 6 şəhərinə yeni uçuşlara başlayır. 

Seyyah.az xəbər verir ki, qiymətlər 19,99 avrodan (38,89 manat) başlayır.

Məlumata görə, yeni şəhərlər Eyndhoven (Niderland), Brüssel (Belçika), Bazel (İsveçrə), Kopenhagen (Danimarka), Tallin (Estoniya) və Bari (İtaliya) şəhərləridir.

Bu il avqustun 1-dən etibarən reallaşacaq uçuşlar üçün bilet satışı artıq başlayıb. Bu uçuşlar üçün yeni “Airbus A320” təyyarəsi ayıran şirkət bunun üçün 101 mln. ABŞ dolları investisiya yatırıb. Həmçinin “WizzAir” bəyan edib ki, bu uçuşların reallaşması nəticəsində 30-dan artıq yeni iş yeri yaradılacaq.

Ötən il Gürcüstan reysi üzrə 643 min sərnişin daşıyan şirkət bu rəqəmi 2017-ci ilə nisbətən 88% artırıb. Yeni istiqamətlər isə daha 98 minlik sərnişin yerinin artmasına səbəb olacaq ki, bu da illik 1 milyondan çox sərnişinin daşınmasına şərait yaradacaq.

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR