Nyu-Yorka pulsuz səyahət etmək istəyirsiz? - Lotereya

Xəbərlər 19 Aprel 2015 00:00 1132
Nyu-Yorka pulsuz səyahət etmək istəyirsiz? - Lotereya

“Buta sığorta” şirkəti “AGBank”ın təqdim etdiyi “MasterCard” plastik kartları vasitəsilə sığorta məhsulu alanlara 10% endirim edilir. Seyyah.az fins.az-a istinadən xəbər verir ki, istənilən sığorta növü üzrə sığortalanmaq istəyən müştərilər “MasterCard”la elektron ödəmə terminalından ödəniş edərək sığorta polisini əldə edə bilərlər. Məsələn, avtomobilini əvvəl 300 manata sığortalayan müştəri bu üsulla 270 manat ödəniş edərək sığortanı ala bilər.


Bundan əlavə, bu kart vasitəsi ilə sığorta ilə yanaşı, internet və ya ticarət obyektlərində alış-veriş edən istifadəçilər Nyu-York şəhərinə səyahət etmək şansını qazanırlar. Yetər ki, bazarlığınız 1 manatdan çox olsun.


Səyahəti uda bilməyən kart sahibləri isə “MasterCard” tərəfindən keçirilən həvəsləndirici lotereyada səyahət ilə bərabər 8 mobil telefon (iPhone 6), 20 ədəd hər biri 100 mant məbləğində hədiyyə sertifikatı, bir ədəd səyahət paketi qazana bilər.


Hədiyyə sertifikatı yalnız partnyorların şəbəkədaxili mağazalarında istifadə oluna bilər. Hər Səyahət paketinə 2 nəfərlik 4 gecəlik dörd ulduzlu otel qonaqlaması və hava limanı-şəhər-hava limanı transfer xərcləri daxil olmaqla 2 nəfərlik Bakı-Nyu-York gediş-gəliş aviabileti, bələdçi müşayiəti ilə Nyu-York şəhəri turu, həmçinin alış-veriş üçün 1 000 manat vəsait qalibin plastik kartına köçürüləcək.


Lotereya iyulun 3-nə kimi davam edəcək. İştirak etmək və qazanmaq üçün alış-verişi “Buta sığorta” ilə yanaşı, “MasterCard”ın digər partnyorları ilə etmək şərtdir. Siyahıya “MyBrands”, “Ideal”, “Schwarzkopf Professional Studio”, “Beat Group”, “Pitstop”, “Gunaydın”, “Bakcell Arena”, “Villa Pizza”, “Face Studio”, “Skandinaviya Evi”, “Medistyle”, “Buta Sığorta”, “Kilim Mebel”, “Puma”, “Nike”, “Garege Iskender”, “Park Bulvar Bowling”, “Park Bulvar Sport Bar Café”, “Planetarium”, “Scallezioni”, “Jasmin Wedding”, “Pəncərə”, “Mado Japan”, “Finestra”, “Sherlock beach”, “LTB” kimi obyektlər daxildir.

OXŞAR XƏBƏRLƏR