Bu kəndə köçən 10 min dollar alır - FOTO

Bu kəndə köçən 10 min dollar alır - FOTO
Xəbərlər 6 Fevral 2019 08:39 627
Bu kəndə köçən 10 min dollar alır - FOTO

İtaliyanın şimalında, Alp dağlarının ətəklərində yerləşən Piedmont bölgəsindəki Locana kəndinə köçənlərə 10 min dollar verilir.

Seyyah.az xəbər verir ki, “Sözcü”nün yazdığına görə, 1900-cü illərin əvvəllərində yeddi min əhalisi olan kənddə 2000-ci illərdə 1500-ə qədər sakin qalıb.

Kəndin əhalisi Torinodakı böyük fabriklərdə işləmək üçün buranı tərk edib. Hətta əhali o qədər azalıb ki, ibtidai məktəblər də az şagird olması səbəbindən hər təhsil ilinin əvvəlində bağlanmaq riski ilə qarşı-qarşıya qalır.

Birdəfəlik ödəmə şəklində veriləcək 10 min dollarlıq mükafatı almaq üçün cütlüklərin qarşısına bir şərt qoyulur: ən azı bir övlad sahibi olmaq.

Kənddə restoranlar, barlar, kafelər kimi iş sahələri var.

 













Mənbə: Oxu

OXŞAR XƏBƏRLƏR