«Milyonçular məhəlləsi»ndə yeni otel açılıb - «Villa İnn Hotel» - QİYMƏTLƏR

«Milyonçular məhəlləsi»ndə yeni otel açılıb - «Villa İnn Hotel» - QİYMƏTLƏR
Xəbərlər 11 Fevral 2019 09:05 1223
«Milyonçular məhəlləsi»ndə yeni otel açılıb - «Villa İnn Hotel» - QİYMƏTLƏR

Fevralın 9-da Bakıda yeni «Villa İnn Hotel» fəaliyyətə başlayıb. Seyyah.az xəbər verir ki, hotel paytaxctın ən bahalı məhəllələrindən biri olan, «milyonçular məhəlləsi» adlanan Teymur Əliyev küçəsində yerləşir.

Bununla əlaqədar keçirilən tədbirdə hotelin baş meneceri, Azərbaycanın tanınmış hotelçisi Turqay Ari Seyyah.az-a bildirib ki, «Villa İnn Hotel»in 39 otağı var. Burada lüks otaqlar - «biznes suit» və «junior suit» də daxildir.

Menecer bildirib ki, oteli hazırlayanda komforta çox böyük önəm verilib, oteldə ev ab-havası yaradılıb. Digər otellərdən fərqli olaraq qonaqlar bağçadan və terrasdan istifadə edə bilərlər. Hotel müştərilərinə 4 ulduzlu səviyyədə xidmət göstərəcək. Hoteldə Azərbaycan, Avropa və Türk mətbəxini birləşdirən menyu təqdi olunur.

Otel binası Bakının ən bahalı məhəllələrinən iri olan Teymur Əliyev küçəsində sıfırdan inşa edilib. Tikinti də daxil olmaqla otelin yaradılmasına 10 milyon manat xərclənib. Qiymətlər korporativ müştərilər üçün 60 manatdan başlayaraq 120 manatadək dəyişir. Bura pulsuz səhər yeməyi ilə yanaşı, otaqlarda pulsuz çay və kofe də daxildir.

Hotel həm xarici, həm də daxili qonaqları qəbul etməyə hazırlaşır.  Hotel meneceri bildirib ki, səfirliklərin əhatəsində yerləşməsi bu ərazinin olduqca təhlükəsiz və güvənli olmasına şərait yaradıb.

Turqay Ari bildirib ki, yeni fəaliyyətə başladığına görə, hələlik otelin üştəri hədəfləri elə də yüksək deyil, amma Novruz Bayramındakı canlanmanı da nəzərə almaqla, artıq bu il müəyyən hədəflərə nail olmaq niyyətindədir. 





Mənbə: FED

OXŞAR XƏBƏRLƏR