Bakı: Rus xanımının gözü ilə - FOTOLARDA

Rusiyanın məşhur “Bigpicture.ru” bloqunun fotoqrafı Mariya Plotnikova Bakının qonağı olub.
Xəbərlər 20 Aprel 2015 00:00 1821
Bakı: Rus xanımının gözü ilə - FOTOLARDA

İyun ayında Bakıda keçiriləcək “I Avropa Oyunları”-nın hazırlıqları ilə bağlı press-tur çərçivəsində şəhərimizə gələn Plotnikova Bakını gəzmək qərarına gəlib. Bloqqerin təəsüratları barədə yazını Seyyah.az Bigpicture.ru-ya istinadən sizə təqdim edir:

“Bakı – çox gözəl, unudulmaz, valehedici şəhərdir. Yerli sakinlər – kimi təəssüflə, kimi isə fəxrlə Bakının hər həftə dəyişdiyindən danışır. Sakinlər hətta bəzən Bakının hansısa rayonuna bir neçə ay snra gedəndə həmin yeri tanımadıqlarını bildirirlər: köhnə tikililər sökülür, marşrut avtobusları dəyişdirilir, ərazi yeni tikintiyə uyğun təmizlənir.

Bununla yanaşı, memarlıq üslublarının rəngarəngliliyinə baxmayaraq, demək olar ki, bütünlüklə bej rəngli Bakı çox ahəngdar görünür. Azərbaycana ilk dəfə gələn turistdə Bakının yaratdığı təəsüratlara Moskva yalnız qibtə edə bilər. Bu şəhərdə özünü evindəki kimi hiss edirsən: rahat, sakit və təhlükəsiz”.

 

Bakı – Qafqazın ən qədim şəhərlərindən biridir. Yazılı mənbələrdə hər zaman “əbədi alov” və neft mənbələri haqqında yazılır. Bütün Yaxın Şərqdən buarya neft arxasınca dəvə karvanları gəlirdi. Dəvə mövzusu ilə bağlı mövzulardan Köhnə şəhərin dekorlarında hər zaman istifadə olunur.

 

Bakı daxili həyətləri ilə də məşhurdur. Burada bakılılar samovar çayı içə-içə sakit Bakı axşamlarını dinləməyi sevirlər.

 

Bir də Bakının hər yerində evlərdən paltar qurutmaq üçün iplər asılıb. Burada həftənin bütün günləri 24 saat paltar asılır. Bu da şəhərə xüsusi şarmlı görünüş verir.

 

Hər həyətin özünə aid sirri var. Sağa dönsən– eleqant evin sədri Musaya rast gəlirsən.

 

Sola baxsan – daş arkanın kölgəsində yüz illərdir gizlənən anbar mənzərəsi açılır.

 

Maraq üçün açar dəliyindən baxsan – tutuquşu Romanı görmək olar. Bakı həyətləri boyunca sonsuzadək gəzmək olar.

 

Bakı restoranlarında mükəmməl Azərbaycan mətbəxi ilə yanaşı, qonaqları canlı musiqi və milli rəqslər gözləyir.

 

Yeməklər nahar və şam yeməyi zamanı 7 dəfə dəyişə bilər.

 

Restoranlarda xidmət yüksək səviyyədədir, xidmətsevər ofisiantlar qonaqların bütün istəklərini dərhal yerinə yetirir.

Pafoslu restoranlardan əlavə, Köhnə şəhərdə xudmani kafelərdə gözəl vaxt keçirmək olar.

 

Müasir Bakının simvollarından biri – Fairmont otelidir.

 

Otellərdə müxtəlif dövlətlərin birinci şəxsləri qonaq olur. Məsələn, bizim orada olduğumuz müddətdə BƏƏ-nin şeyxi də otelin qonağı idi. Liftdə onun çoxsaylı qulluqçularına rast gəlmək olar.

 

Otelin lobbisi.

 

Otellər şəhərin hər yerindən, həmçinin Köhnə şəhərdən görünür. Bu nəhənglər ucaldılarkən şəhərdə nə qədər səs-küy olduğunu təsəvvür edirəm.

 

Otellər gözəl orientir rolunu oynayır: onlar hətta Bakının kənar rayonlarından da görünürlər.

 

 

Şəhərin mərkəzində çoxlu sayda suvenir mağazaları var.

 

Gənclər yaşlı nəsildən fərqli olaraq, rus dilində çətin danışır. İndi daha çox ingilis dili populyardır.

 

Evlərin və administrativ binalar əhənglə suvaqlanır. Məhz bej rəngi şəhər memarlığına tamlıq verir. Lakin qədim tikililəri qızdırmaq qadağan deyil.

 

Köhnə şəhər (İçəri şəhər) – qədim yaşayış sahəsi və Bakının tarix-memarlıq qoruğu yaxşı saxlanılmış qala divarları ilə əhatələnib. İçəri şəhər – Bakının ən qədim və görməli hissələrindən biridir.

 

Qoruğun ərazisində onlarla tarixi abidə - məscidlər, karvan-saraylar, hamamlar, yaşayış evləri, bir sıra səfirliklər, muzeylər, mehmanxanalar, ticarət obyektləri, kafe və restoranlar yerləşir.

 

Xalça – Azərbaycanın ayrılmaz simvollarından biridir.

 

“Mədə bayramı”-na hazırlıq səhərdən başlayır.

 

Köhnə şəhərdə dövrümüzə qədər qorunub saxlanan karvan-saraylarda bugün restoranlar və suvenir mağazaları işləyir.

Azərbaycan – dünyəvi müsəlman dövlətidir. Qızlar və qadınlar üçün hicablanmaq məcburi deyil.

 

Suvenir mağazalarında mütləq bazarlaşmaq lazımdır. Yoxsa bakılılar sizi anlamaz və bağışlamaz.

 

Köhnə şəhərdə “Brilliant əl” filminin ən məşhur “çyort poberi” səhnəsi çəkilib. Bugün Mironovun deyinərək keçdiyi evin qarşısından heç bir rusdilli turist yan keçmir. Astanadan olan bu gənclər isə mini-səhnəciyi yenidən oynamağa tənbəllik etməyiblər.

 

Bakının daha bir görməli yeri – Sahilyanı bulvardır. Bulvarın uzunluğu 6 kilometrdir.

Burada soyuq şimal küləkləri əsir. Bəzi etimoloji mənbələrdə Bakının adının fars dilində olan “Badı kübə”, yəni “külək əsən” sözündən gəldiyi yazılır.

 

Bakı binalarının gecə işıqlandırılması ilə məşhurdur. Qaranlıq düşdükcə şəhər mərkəzi şəklini dəyişir.

Avtobus və marşrutların interyeri şərq üslubunda işıqlanıb.

Xəzər dənizinin Bakı tarixindəki rolunu qiymətləndirməmək olmaz. Bəzi yazılı mənbələrdə Xəzər dənizi həm də Bakı dənizi olaraq qeyd olunurdu.

Fotolar: Mariya Plotnikova / Bigpicture.ru

OXŞAR XƏBƏRLƏR