Yeni turizm informasiya mərkəzləri yaradıldı

Mədəniyyət və Turizm Nazirliyi ölkənin daha 6 regionunda Turizm İnformasiya Mərkəzi (TİM) yaradıb.
Xəbərlər 20 Aprel 2015 00:00 682
Yeni turizm informasiya mərkəzləri yaradıldı

Seyyah.az-ın “AzərTac”a istinadən yaydığı məlumata görə, yeni TİM-lər Qusar, Qəbələ İsmayıllı, Bərdə, Şəmkir və Mingəçevirdə yerləşir. Bununla da, Azərbaycanda TİM-lərin sayı 15-ə çatıb. Digər 9 TİM isə Bakı, Şəki, Şamaxı, Gəncə, Quba, Xaçmaz, Zaqatala, Lənkəran və Naxçıvanda yerləşir. 
TİM-lərin əsas məqsədi regionda daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlərin bölgəyə cəlb olunması, onun fəaliyyəti nəticəsində informasiya texnologiyaları vasitəsilə ölkəmizin bu regionunun turizm potensialı haqqında bütün məlumatları dünyanın hər bir nöqtəsinə çatdırmasıdır. Xüsusi saytlar vasitəsilə dünyanın hər bir yerindən insanlar bölgənin istənilən yerində özlərinə əvvəlcədən yer və müvafiq turizm xidmətləri sifariş verə bilərlər.

OXŞAR XƏBƏRLƏR