AZAL prezidenti: «Xarici aviaşirkətlər üçün məhdudiyyətlər aradan qaldırılıb»

AZAL prezidenti: «Xarici aviaşirkətlər üçün məhdudiyyətlər aradan qaldırılıb»
Xəbərlər 19 Fevral 2019 15:24 526
AZAL prezidenti: «Xarici aviaşirkətlər üçün məhdudiyyətlər aradan qaldırılıb»

Azərbaycandan xarici aviaşirkətlərin uçuşu üçün məhdudiyyətdər aradan qaldırılıb. Seyyah.az xəbər verir ki, bu barədə AZAL prezidenti Cahangir Əsgərov Bakıda səfərdə olan Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeylə görüşündə bildirib.

AZAL prezidenti xüsusilə vurğulayıb ki, xarici aviaşirkətlər Azərbaycana heç bir məhdudiyyət olmadan uçuşlar həyata keçirə, həmçinin hava limanlarımız vasitəsilə digər şəhərlərə aviareyslər yerinə yetirə bilərlər (beşinci qrup “hava azadlığı”). Cahangir Əsgərovun fikrincə, məhdudiyyətlərin aradan qaldırılması təkcə aviadaşımaların inkişafına gətirib çıxarmayacaq, həmçinin iqtisadi artımı və yeni iş yerlərinin yaradılmasını təmin edəcək.

OXŞAR XƏBƏRLƏR