Pakistan-Hindistan münaqişəsi - AVROPANI TURİSTSİZ QOYUB

Pakistan-Hindistan münaqişəsi - AVROPANI TURİSTSİZ QOYUB
Xəbərlər 1 Mart 2019 10:34 581
Pakistan-Hindistan münaqişəsi - AVROPANI TURİSTSİZ QOYUB

Tailandın “Thai Airways” şirkəti Avropanın bir neçə şəhərinə və əks istiqamətdə olan onlarla reysi təxirə salıb.

Seyyah.az xəbər verir ki, buna Kəşmir böhranı ilə əlaqədar Pakistanın hava məkanını bağlaması səbəb olub.

Qeyd olunur ki, ötən gündən başlayaraq nəzərdə tutulmuş London, Paris, Brüssel, Milan, Münhen və Frankfurt şəhərlərinə və əks istiqamətdə uçuşlar ləğv edilib.

Nəticədə 5 minə yaxın avropalı turist Banqkok hava limanında qalıb.

“Thai Airways” uçuşların bir qisminin həyata keçirilməsi məqsədilə Çinin hava məkanından istifadə etmək üçün müraciət edib.

Bu arada Pakistan hava məkanından istifadə qadağasını martın 1-i səhər saatlarınadək uzadıb.

Mənbə: Trend

OXŞAR XƏBƏRLƏR