Bu barədə Seyyah.az AZAL-a istinadən xəbər verir. Məlumata görə, aksiya İstanbulun Sabiha Gökcen hava limanına uçan təyyarələr üçün satılan biletlərə aiddir. Uçuşun qiyməti 225 avrodur. Biletlərin satışı və uçuşların həyata keçirilməsi mayın 24-nə kimi davam edəcək. Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir, bu siniflər üzrə "mile-bal"lar hesaba əlavə olunmur və məntəqədə maksimal qalma müddəti bir aydır. Yığımlar və rüsumlar qiymətə daxildir.