"Ötən il Səudiyyə Ərəbistanından Azərbaycana 73 min turist gəlib"

Xəbərlər 4 Mart 2019 11:26 396
"Ötən il Səudiyyə Ərəbistanından Azərbaycana 73 min turist gəlib"

2018-ci ildə Səudiyyə Ərəbistanından Azərbaycana 73 min turist gəlib.

Seyyah.az xəbər verir ki, bu barədə martın 4-də Bakıda keçirilən Azərbaycan və Səudiyyə Ərəbistanı arasında Müştərək Komissiyanın 5-ci iclasında komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2016-cı ildə Səudiyyə Ərəbistanından ölkəmizə gələn turistlərin sayı 7463 nəfər olduğu halda, 2017-ci ildə bu göstərici 33 min 273 nəfərə çatıb. Bu, 5 dəfəyədək artım deməkdir. Keçən il isə Səudiyyə Ərəbistanından Azərbaycana 73 min turist gəlib.

Komissiyanın həmsədri qeyd edib ki, iki ölkə arasında hava əlaqələrinin genişləndirilməsi həm turizm, həm də biznes baxımından ölkələrimiz üçün əlverişli imkanlar yaradır.

Mənbə: Azertag

OXŞAR XƏBƏRLƏR