Türkiyəyə gedən azərbaycanlıların sayı - AZALIB

Türkiyəyə gedən azərbaycanlıların sayı - AZALIB
Xəbərlər 6 Mart 2019 10:26 522
Türkiyəyə gedən azərbaycanlıların sayı - AZALIB

2019-cu ilin yanvarında Azərbaycandan Türkiyəyə 46,8 min turist səfər edib.

Seyyah.az-ın məlumatına görə, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 2,45 faiz azdır.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatında qeyd olunub ki, ölkəyə gələn xarici turistlər arasında azərbaycanlıların payı 3,05 faiz təşkil edib.

Ümumilikdə ötən ay Türkiyəyə 1,539 milyon turist səfər edib ki, bu da 2018-ci ilin yanvar ayı ilə müqayisədə 5,33 faiz çoxdur.

Həmin müddətdə Türkiyəyə ən çox turist Bolqarıstandan (113,8 min) və Gürcüstandan (112,3 min) gəlib.

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR