Hind okeanının incisi – Şri-Lanka - ŞƏXSİ TƏCRÜBƏ

Hind okeanının incisi – Şri-Lanka - ŞƏXSİ TƏCRÜBƏ
Xəbərlər 7 Mart 2019 13:42 543
Hind okeanının incisi – Şri-Lanka - ŞƏXSİ TƏCRÜBƏ

Hər vaxtınız xeyir, Gəzəyənlər!
Srilanka, Kandy-dən yazim sizlərə. Biz Kandy-yə Negombodan ( airporta daha yaxındır) avtobus ilə gəldik. (Cəmi 1$, rahat gəldi 3 saat yarıma, çoxlu turistlər də var idi bizimlə bir yerdə).

53236111_2017163611732951_7544090586337247232_o

Negomboda yalnız bir gecə qaldıq, the worst experience in Sri Lanka deyə bilərəm Negombaya, amma gəlin gözəl xatirələrdən danışaq ona göre Kandy. Kandy-yə plansız, bələdçisiz, heç bir hazırlıq görmədən (yalnız bookingdə xoşumuza bir otel gəlmişdi, qərara gəldik ki, yerindəcə gedib yoxlayaq) gəldik. Elə avtobusdan düşər- düşməz artıq tuk-tuk sürücüləri turistləri çağırırlar, bizi bir tuk tuk sürücüsü otelə apardı elə yolda başa saldı ki, bizə city tour edə bilər cəmi 2500 lkr bu da eliyir hardasa 14$. Razılaşdıq sabah səhər gəlib oteldən bizi götürməyə. Elə həmin gün bir neçə yerə Kandy lake və ya City Point View- a otelimizə yaxın olduğu üçün baş çəkmək qərarına gəldik, mindiyimiz hər tuk-tuk sürücüsü city tour təklif edirdi. Demek olar hamisi eyni qiymət təklif edir (2500-3000 lkr) Əgər Kandy-də 2-3 gün qalmağı düşünürsünüzsə elə bir tuk-tuk sürücüsü ilə danışın hər dəfə onunla əlaqə saxlayın o eləcə sizi ucuz lazım olan yerlərə aparacaq hələ sizi də gözləyəcək.
Kandy-də must see yerlər:
-Kandy Royal Botanic Gardens Peradeniya ( yer üzündəki cənnət, çox fərqli bitkilər hər növ, əsrarəngiz təbiət və şirin meymunları görmək istəyirsinizsə mütləq mütləq mütləq baş çəkin) 2-3 saat gəzməyə bəs etmir, giriş xaricilərə 1500 lkr 8,5$
-Pinnawala Elephant Orphanage – filləri görüb, onlarla oynayıb, onları yedizdirib, cimizdirmək istəyirsinizsə bura mütləq baş çəkin, Elephant riding də var ( mən onu dəstəkləmədiyim üçün bundan yan keçməyi məsləhət görürəm, yalnız şəkil çəkdirmək üçün olar) fərqli paketlər təklif edirlər, biz 4000 lkr götürdük adam başına 23$ hardasa 45 dəq, üstəlik 2 paket banan da verdilər.

52901658_2017168228399156_6418852950566764544_o

-Tea factory and tea Plantation (Kandy-dən uzaq olduğu üçün bunu ikinci günə saxlamağı məsləhət görürəm, məşhur branded Ceylon çaylarının necə əkilib becərildiyini və hazırladığını görmək mümkündür) Nuwareliya yolunda yerləşir, əgər Nuwaeliyaya da gedəcəksinizsə yolda elə baş çəkib baxmağı məsləhət görürəm.
-Buddha temples (Big Buddha, Tooth Relic Temple) buddizm mədəniyyətini və monkları görmək istəyirsinizsə bura baş çəkin) big Buddha giriş 1,5$, Tooth Relic giriş 8,5$
-Spice&Herbal garden Ayurveda Kandy- ayurvedic yağların və dərmanların satışı ilə məşğuldur, yerli camaatın dediyinə görə local marketdə olan qiymətdən 2-3 qat daha baha satılır. Giriş pulsuzdur, çoooox gözəl məhsullar satılır amma.

-City Point View,Kandy lake bunlar isə Kandy-nin təbiətinə heyran olmaq üçün gedə biləcəyiniz yerlərdir. Giriş pulsuzdur.

Qeyd: dolları yerli pula dəyişməyiniz mütləqdir ki, dollarla çox uduzarsınız. Hər deyilən qiymətə razı olmayın həmişə qiyməti aşağı salmağa çalışın, çünki turistləri görüb daha çox qiymət deyirlər. Milli mətbəxləri acılı olur, düzü mən acılı sevirəm yalnız, Srilanka mətbəxini heç sevmədim. İnsanları gülərüzdür, yalnızca turistlərə yem kimi baxırlar, bacardıqları qədəri ilə almağa çalışırlar, mən məsələn Hindistanda belə bir şey görmədim. Burda çox təəccübləndim, düzü heç xoş bir şey deyil. Hər xırda köməyə dilənçi kimi pul istəyirlər ( məsələn yolu göstərməyə, hər hansı bir sualı soruşanda və s)
Overall, must see ölkələrdən biridir, qiymətlər daxildə çox ucuzdur, göz oxşayan təbiəti, fərqli fauna və florası var, fərqli dinlər (buddhist, müsəlman, xristian) və dinlərə uyğun fərqli mədəniyyətləri var.

Mənbə: Gezeyenler

OXŞAR XƏBƏRLƏR