Rusiya təyyarəsi Bakıda məcburi eniş etmişdir

Rusiya təyyarəsi Bakıda məcburi eniş etmişdir
Xəbərlər 11 Mart 2019 15:49 575
Rusiya təyyarəsi Bakıda məcburi eniş etmişdir

Bəhreyn şəhərindən Moskva şəhərinə uçan “Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da  Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş etmişdir.

Seyyah.az xəbər verir ki, hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsi.

Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılmış və hazır vəziyyətə gətirilmişdir.

Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.

HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul etmişdir.

Məlumatlar yeniləndikcə əlavələr ediləcəkdir.

Uralpolit.ru portalının məlumatına görə, hazırda mütəxəssislər təyyarənin bortuna və yük hissəsinə baxış keçirir. 

“Təyyarədə doqquzu uşaq olmaqla, 216 sərnişin və doqquz ekipaj üzvü olub. Onlar müvəqqəti olaraq, aeroportun binasına yerləşdirilib. Xəsarət alan yoxdur. Azərbaycan xidməti yaxşı işləyir. Sərnişinlərin heç bir şikayəti yoxdur. Ümid edirik ki, heç bir bomba tapılmayacaq və təyyarə iki saat ərzində yoluna davam edə biləcək”, - məlumatda bildirilib.

***

Bomba xəbərini verən şəxs həbs edilib. Onun təyyarənin ayaqyolunda bomba yazısı olan qeydi yerləşdirdiyi bildirilib. Şübhəlişəxsin Rusiya vətəndaşı olduğu bildirilib.

Təyyarədə aparılan axtarışda heç bir şübhəli əşya aşkarlanmayıb.

OXŞAR XƏBƏRLƏR