Hindistandan Bakıya təyyarə reysi - AÇILIR

Hindistandan Bakıya təyyarə reysi - AÇILIR
Xəbərlər 11 Mart 2019 22:57 428
Hindistandan Bakıya təyyarə reysi - AÇILIR

“Bu ilin may ayından etibarən Hindistanın Mumbay və Dehli şəhərlərindən Bakıya birbaşa aviareyslərin həyata keçirilməsi nəzərdə tutulur”.

Seyyah.az xəbər verir ki, bunu  Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov deyib. 

Onun sözlərinə görə, sözügedən uçuşları Hindistanın “İndigo Airlines” şirkəti yerinə yetirəcək. 

“Hazırda aviareyslərin günləri və digər məsələlərlə bağlı danışıqlar aparılır”, - deyə N.Bağırov qeyd edib. 

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR