“AtaTravel” MMC “Baku Travel Bazaar Wellness” - də iştirak edib

Xəbərlər 22 Aprel 2015 00:00 1119
“AtaTravel” MMC “Baku Travel Bazaar Wellness” - də iştirak edib

21 aprel 2015-ci il tarixində “AtaTravel” MMC "Baku Travel Bazaar Wellness" adlı tədbirdə iştirak etdi.

Tədbirdə İsveçrə, Hindistan, Fransa, Maldi adaları, Malayziya, Almaniya, İtaliya da daxil olmaqla, 15-ə yaxın ölkənin termal kurortları, SPA hotelləri və klinikaları iştirak edirdi.

“AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev bildirdi ki, turizmlə məşğul olan təşkilatların bir-biri ilə tanış olmasında belə tədbirlər çox əhəmiyyətlidir. Tədbirdə müxtəlif ölkələrdəki turizm şirkətləri, hotelləri və istirahət mərkəzlərinin yeni istiqamətləri ilə tanış olmaq üçün böyük imkanlar yaradılıb. Qeyd edək ki, «Baku Travel Bazaar»ın il ərzində bir neçə dəfə təşkili nəzərdə tutulub. “AtaTurizm” MMC sentyabr və oktyabr aylarında keçiriləcək "Baku Travel Bazaar Exotic" və "Baku Travel Bazaar Adventures" adlı tədbirlərdə də iştirak etməyi planlaşdırır.

"AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilib və Azərbaycanın ən tanınmış holdinqlərdən biri olan, iqtisadiyyatın ayrı-ayrı sektorlarında böyük uğurlara imza atan "AtaHolding" Şirkətlər Qrupunun törəmə şirkətlərindən biridir. "AtaTravel" turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təklif edir. Şirkət müştərilərə otellər, transferlər, aviabiletlərin, turların əvvəlcədən bronlaşdırılması, sığorta, viza xidmətləri, VIP-zal xidmətlərinin təmin edilməsi, avtomobillərin icarəsi, sağlamlaşdırıcı turizm və müxtəlif istirahət növləri üzrə xidmətlər göstərir.

OXŞAR XƏBƏRLƏR