Avropa Birliyi 825 min nəfərə vətəndaşlıq verib

Avropa Birliyi 825 min nəfərə vətəndaşlıq verib
Xəbərlər 12 Mart 2019 13:24 411
Avropa Birliyi 825 min nəfərə vətəndaşlıq verib

Avropa Birliyinə (AB)  daxil olan ölkələr 2017-ci ildə 825 min nəfərə vətəndaşlıq verib.

Seyyah.az türk mediasına istinadən xəbər verir ki,  Avropa Statistika Ofisi (Eurostat) 2017-ci il üçün  AB ölkələrinin vətəndaşlıq məlumatlarını açıqlayıb.

Statistikaya əsasən vətəndaşlıq verilən 825 min nəfərin 83%-i AB ölkələrinin vətəndaşı deyil və ya vətəndaşlığı olmayan şəxslər olub.

Sayca ən çox vətəndaşlıq alanlar isə hindlər, türklər, rumunyalılar, pakistanlılar və polşalılar olub. Onlar vətandaşlıq alanların 34%-ni təşkil edib.

Məlumatlara görə, 2017-ci ildə 29 min 900 Türk vətəndaşı AB vətəndaşlığı alıb.

Türklərin  50%-i Alman vətəndaşlığını alarkən, 17,8%-i  Fransa,  9,9%-i isə Hollandiya vətəndaşlığını alıb.

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR