Rayonlara bu avtobuslarla gedəcəyik- FOTOLAR

Xəbərlər 22 Aprel 2015 00:00 1713
Rayonlara bu avtobuslarla gedəcəyik- FOTOLAR

Azərbaycana 15 ədəd yeni iritutumlu sərnişin avtobusu gətirilib.

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərov bildirib.

"Koreyanın "Daewoo" şirkəti ilə bağlanan müqavilənin şərtlərinə əsasən, bu şirkət tərəfindən istehsal olunan 50 ədəd avtobusun Azərbaycana gətirilməsi nəzərdə tutulub. Artıq bu avtobuslardan 15-i Azərbaycana gətirilib", - deyə Ə. Cəfərov bildirib.

Onun sözlərinə görə, sabahdan etibarən Bakı-Naxçıvan, Bakı-Zaqatala, Bakı-Gəncə, Bakı-Qazax xəttinə buraxılacaq.

Xidmət rəisi əlavə edib ki, digər avtobuslar Azərbaycana yaxın zamanlarda gətiriləcək.

 

OXŞAR XƏBƏRLƏR