Böyük Britaniyada təhsillə bağlı ən çox verilən suallar - Cavablar

Böyük Britaniyada təhsillə bağlı ən çox verilən suallar - Cavablar
Xəbərlər 15 Mart 2019 18:38 769
Böyük Britaniyada təhsillə bağlı ən çox verilən suallar - Cavablar

Güclü təhsil sisteminə malik ölkələrdən biri də Böyük Britaniyadır.

Dünya ölkələrində olduğu kimi Azərbaycanda da bir çox gəncin arzusu Böyük Britaniya universitetlərində təhsil almaqdır.

Seyyah.az tələbatı nəzərə alaraq Böyük Britaniyada təhsillə bağlı ən çox verilən sualları və onların cavablarını təqdim edir:

-Böyük Britaniya universitetlərində təqaüdlə oxumaq üçün nə etmək lazımdır?

-Böyük Britaniya universitetlərində təqaüdlə oxumaq mümkün deyil.

-2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq ixtisasını bitirmişəm. Böyük Britaniya universitetlərinin birində Hüquq ixtisası üzrə magistr dərəcəsində təhsil almaq istəyirəm. Bilmək istərdim ki,  harada imtahan verməliyəm? Eyni zamanda universitetlərdə ödənişlər nə qədərdir?

-IELTS (6.5) imtahan sertifikatı lazımdır. Britaniya universitetlərində isə illik təhsil haqqı 12000 funtdan başlayır.

-Böyük Britaniyanın  Oxford Universitetinə hazırlaşmaq üçün nə etmək lazımdır?

-Böyük Britaniyanın Oxford Universitetimnə hazırlaşmaq prosesi çox çətindir.  İlk növbədə orta məktəb qiymətləriniz bütün fənlər üzrə “5” olmalıdır. Beynəlxalq dil sertifkatı olan IELTS nəticəsi isə 7.5 və ya 8 olmalıdır. “Motivation letter”,referanslar isə yüksək  dərəcədə olmalıdır.

-Böyük Britaniyanın Oxford Universitetində oxumaq istəyirəm.  Bilmək istərdim ki, universitetdə Dizayn ixtisası var?

-Böyük Britaniya universitetlərində  Dizayn ixtisası var.

-Böyük Britaniyada magistr dərəcəsində təhsil almaq istəyirəm. Bilmək istərdim ki, orada  yaşayış xərcləri nə qədərdir?

-Böyük Britaniya universitetlərinə magistr dərəcəsində  qəbul üçün İELTS 6.5 balı və müvafiq bakalavr diplomu lazımdır. Orada yaşayış xərcləri isə 800-1100 funtdur.

-Böyük Britanyaya tələbə vizası almaq üçün nə tələb olunur?

-Böyük Britaniyada tələbə vizası almaq üçün iki həftə kifayət edir. Öncə səfirlikdən görüş alaraq lazımi sənədləri toplamaq lazımdır. Sənədlər isə  tələblərə görə dəyişir

-Hazırda orta məktəbdə XI sinifdə oxuyuram.  Böyük Britaniya universitetlərinin birində attestatla təhsil ala bilərəm?

-Böyük Britaniyada orta məktəblər 12 illik olduğu üçün orada 1 il “Foundation”  oxuyub  daha sonra bakalavr dərəcəsinə qəbul ola bilərsiniz. Həmçinin, burada 1 il bakalavr dərəcəsində təhsil alıb daha sonra İngiltərədə oxuduğunuz ixtisas üzrə davam etdirə bilərsiniz. İngiltərədə təhsilin bakalavr dərəcəsi 3 il təşkil edir.

-Hazırda orta məktəbdə X sinifdə oxuyuram. Təhsilimin bakalavr dərəcəsini Azərbaycan universitetlərinə qəbul olduqdan sonra magistr səviyyəsini Böyük Britaniyada dövlət hesabına ala bilərəmmi?

-Böyük Britaniya universitetlərində dövlət hesabına  təhsil almaq olmur.

-Böyük Britaniya universitetlərinə təhsilin magistr dərəcəsinə  qəbul olmaq üçün nə qədər  GPA balı tələb olunur?

-Böyük Britaniyanın nüfuzlu universitetlərinə qəbul olmaq üçün  GPA balı 75-85 arasında olmalıdır. 

-Beynəlxalq dil sertifikatım yoxdursa  Böyük Britaniyada A-Level proqramından keçə bilərəm? Həmçinin,  Oxford universitetində Tibb ixtisası üzrə təhsil  nə qədərdir?  

-A-level proqramına qoşulmaq üçün “İntermediate” ingilis dili səviyyəniz olmalıdır.  Böyük Britaniyanın  Oxford Universitetində tibb təhsili isə 6 ildir.

Mənbə: AzEdu

OXŞAR XƏBƏRLƏR