Turistlər üçün pulsuz ev – YALNIZ 1 GÜN

“Tubakuba” adlanan dizayn evlərindən Bergen şəhərinə gözəl mənzərə açılır, lakin bu evlərdən yalnız uşaqlı ailələr pulsuz yararlana bilər.
Xəbərlər 23 Aprel 2015 00:00 2350
Turistlər üçün pulsuz ev – YALNIZ 1 GÜN

Dağın yamacında yerləşən qəribə tikiliyə ancaq boru – girişdən daxil olmaq mümkündür. Evdə bir neçə çarpayı, həmçinin böyük panoramik pəncərələrdən ibarətdir və odun sobası ilə qızdırılır. 14 kvadrat metrlik ərazidə artıq heç nəyə yer yoxdur. Boş yerlərə dizayn müəllifləri elektrik və su-boru xətlərini yerləşdiriblər. “Tubakuba” uşaqlara təbiəti dəyərləndirməyi öyrətmək və ondan gizlənməmək üçün inşa edilib. Ev demək olar ki, tamamilə taxtadan tikilib: evin çöl hissəsi yandırılmış qara şam ağacından, interyer isə fanerdən hazırlanıb. Şəhər kənarında yerləşməsinə baxmayaraq, mərkəzlə tramvay xətti ilə əlaqələnir. Bergenin Memarlıq Məktəbinin tələbələri sözügedən evi “OPA Form architects”-dən Espena Folgeronun başçılığı altında keçirilən layihələndirmə və tikinti seminarının gedişatında hazırlayıblar. Evi istənilən şəxs kirayələyə bilər, lakin yalnız 1 günlük. Bronlama yerli bələdiyyənin saytı vasitəsilə həyata keçirilir. Qeyd edək ki, Norveç artıq uzun illərdir ki, ekoloji turizmin inkişafına investisiya yatırır. İndi isə bunun bəhrəsini görməkdədir. Çünki xarici turistləri Norveçin təbiət qoynunda yerləşən məhz belə lakonik dizaynlı evləri cəlb edir.

OXŞAR XƏBƏRLƏR