Minskdə “Azerbaijan: Land of Fire” beynəlxalq intellektual festivalı təşkil olunub

Xəbərlər 23 Aprel 2015 00:00 720
Minskdə “Azerbaijan: Land of Fire” beynəlxalq intellektual festivalı təşkil olunub

Atəşgah” İntellektual Oyunlar Klubu, Azərbaycan İntellektual Oyunlar Federasiyası Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, eləcə də Avropa İntellektual Klublar Birliyinin dəstəyi ilə «Azerbaijan: Land of Fire» adlı beynəlxalq intellektual festivalını təşkil edib.

Seyyah.az-ın məlumatına görə, Festival Belarusun paytaxtı Minskdə Pekin Hoteldə Rusiya və Belrausdan olan 25 komandanın iştirakı ilə baş tutdu. Festivalın proqramına “Nə? Harada? Nə zaman?” və Milli intellectual oyunumuz olan “Xəmsə” daxil idi. Turnirin top redaktoru azərbaycanlı bilici Roman Orkodaşvili idi. Redaktorlar qrupuna Leonid Klimoviç, Dmitriy Borok, Timur Barskiy və Aleksandr Korobeynikov da daxil idi. Tədbirin aparıcı isə məhşur beloruslu bilici Ales Muxin olub.

Azərbaycanla bağlı olan suallar bilicilərin xüsusi marağına səbəb olurdu. Gərgin mübarizədən sonra “Nə? Harada? Nə zaman?” oyunu üzrə MIDdle (Minsk) komandası birinci yerə sahib oldu. İkinci yerə «Summa Technologiae» (Minsk), üçüncü yerə isə həmin şəhərin «Страпелька» komandası yiyilənib.

Xəmsə oyunu üzrə birinci yerə Vitebskin «Ştandart» layiq oldu. Gümüş medalları Minskin «Summa Technologiae» komandası qazandı. Rusiyanın Zelenoqrad şəhərinin «Химера» komandası uçüncülüklə kifayətlənib.

Qaliblər kubok, medallar, diplomlar və Azərbaycanla bağlı suvenirlərlə mükafatlandırıldılar. Bütün iştirakçılara təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub.

Festivalın təşkilat komitəsinin rəhbəri İlkin Yetirmişlinin sözlərinə görə turnirin keçirilməsində məqsəd xarici biliciləri Azərbaycan xalqının zəngin tarixi və mədəni irsi ilə tanış etmək idi.

 

Qeyd edək ki, bu festival Azərbaycana həsr olunan sayca üçüncü tədbir idi. Riqada təşkil olunan ilk turnirdə MDB ölkələrindən çoxsaylı komandalar iştirak etmişdi. İkinci festival isə Sankt-Peterburq şəhərində təşkil olunmuşdu. 

OXŞAR XƏBƏRLƏR