Hansı ölkənin pasportu daha etibarlı və güclüdür?

“Passport İndex” internet saytı dünyada ən güclü və etibarlı pasportlara malik ölkələrin siyahısını dərc edib.
Xəbərlər 27 Aprel 2015 00:00 1368
Hansı ölkənin pasportu daha etibarlı və güclüdür?

Seyyah.az xəbər verir ki, tərtib edilən siyahıda ilk növbədə ölkənin diplomatik çəkisi nəzərə alınıb.

Reytinqə Amerika Birləşmiş Ştatları və Böyük Britaniya başçılıq edirlər. Bu ölkələrin vətəndaşları pasportları sayəsində 147 ölkəyə, sonrakı yerdə gələn Fransa, Almaniya və Cənubi Koreya sakinləri 145 ölkəyə vizasız səfər edə bilərlər. İtaliya və İsveç vətəndaşlarının 144, Danimarka, Finlandiya, Hollandiya, Lüksemburq, Yaponiya, Sinqapur sakinlərinin 143, İsveçrə vətəndaşlarının isə 142 ölkəyə vizasız daxil olmaq imkanı var.

Siyahıda altmışıncı yerdə gələn Cənubi Sudan, Birma, Solomon sahili (Sakit Okean) və Fələstin sakinləri yalnız 28 ölkəyə sərbəst getmək hüququna malikdirlər.

Bir vaxtlar keçmiş Yuqoslaviya pasportu dünyanın ən güclü pasportu sayılırdı. Bu ölkənin pasportu ilə həm Qərb, həm də kommunist rejimli dövlətlərə getmək mümkün olurdu. Buna görə də Yuqoslaviya pasportu ən bahalı pasport hesab edilərək qara bazarda 5-6 min dollara satılardı.

OXŞAR XƏBƏRLƏR